İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok dalğası: Ermənistan bankları rusiyalıların hesablarını sıxır - Avropanın “qara siyahı” qərarı regionu silkələdi

496 21.12.2025 00:39 Region A A

RBC-nin məlumatına görə, Ermənistan və Serbiya bankları rusiyalı müştərilərin bank hesabları üzərində nəzarəti kəskin şəkildə sərtləşdirib.

Musavat.com xəbər verir ki, beynəlxalq biznes üzrə hüquqşünaslar və məsləhətçilər bildirirlər ki, bu addım Avropa İttifaqının Rusiyanı çirkli pulların yuyulması riski yüksək olan ölkələrin “qara siyahısı”na daxil etməsindən sonra atılıb.

O2 Consulting hüquq şirkətinin açıqlamasına əsasən, oxşar sərt nəzarət tədbirləri Tacikistan, Qazaxıstan və Oman banklarında da tətbiq olunmağa başlayıb. Yeni qaydalar Rusiyaya bağlılığı olan həm fiziki, həm də hüquqi şəxsləri əhatə edir.

Bu proses rusiyalılar üçün hesabların dondurulması, əlavə sənədlərin tələb olunması və bank əməliyyatlarının gecikməsi ilə nəticələnə bilər. Banklar isə bu addımlarla sanksiya və reputasiya risklərini minimuma endirməyə çalışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR