İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK! Küçə lampalarının altında “ölüm dairəsi” yaradırlar – Saatlarla eyni yerdə fırlanırlar

1082 08.05.2026 09:40 Dünya A A

Yaponiyada aparılan yeni araşdırma alimləri təəccübləndirən nəticə ortaya çıxarıb. Məlum olub ki, küçə lampalarının işığı bəzi kiçik dəniz canlılarının davranışını dəyişir və onları “ölüm dairəsi” adlanan təhlükəli vəziyyətə salır.

Musavat.com xəbər verir ki, “Ecology and Evolution” jurnalında yayımlanan araşdırmaya görə, xüsusilə “dəniz birəsi” kimi tanınan kiçik amfipodlar gecə saatlarında güclü LED işıqların ətrafında saatlarla dairəvi şəkildə hərəkət edir. Alimlər bildirirlər ki, canlılar bu zaman istiqamət hissini itirir və olduqları ərazidən uzaqlaşa bilmirlər.

Müşahidələr əsasən Yaponiya limanlarında aparılıb. Tədqiqatçılar qeyd edirlər ki, ağ rəngli küçə lampaları canlılara daha güclü təsir göstərir. Süni işıq onların təbii hərəkət və yön tapma sistemini pozduğu üçün eyni nöqtədə ilişib qalırlar.

Araşdırmada həmçinin vurğulanıb ki, işığın ətrafında toplaşan bu canlılar balıqlar üçün asan ova çevrilir. Uzmanların fikrincə, süni işıq çirkliliyi dəniz ekosisteminə düşündüyündən daha ciddi təsir göstərə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR