İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok xəbərdarlıq: Rusiya bu qədər işçi tapmasa iqtisadiyyat çökəcək...

1583 08.02.2026 04:15 Dünya A A

Rusiyada yaxın illərdə əmək bazarında kəskin böhran yaranacağı gözlənilir.

Musavat.com xəbər verir ki, Bloomberg nəşrinin yaydığı proqnoza əsasən, 2030-cu ilə qədər ölkənin iqtisadiyyatını ayaqda saxlamaq üçün təxminən 11 milyon yeni işçi qüvvəsinə ehtiyac olacaq.

Məlumata görə, demoqrafik tənəzzül, əhalinin sürətlə qocalması və gənc əmək resurslarının azalması Rusiyanı ciddi seçim qarşısında qoyub. Mövcud vəziyyət artıq sənaye, tikinti, logistika və xidmət sektorlarında real çatışmazlıq yaradıb.

Bu səbəbdən Rusiya hakimiyyəti yeni əmək miqrantları cəlb etmək üçün istiqaməti dəyişir. Ənənəvi miqrasiya mənbələri ilə yanaşı, Moskva indi Hindistan, Şri-Lanka, Banqladeş və Türkmənistan kimi ölkələrə fokuslanır. Xüsusilə Hindistanla əmək miqrasiyasının sadələşdirilməsinə dair razılaşmanın imzalanması bu strategiyanın açıq göstəricisi kimi dəyərləndirilir.

Analitiklər bildirirlər ki, tələb olunan işçi sayı təmin olunmazsa, bu, Rusiyada iqtisadi artımın yavaşımasına, istehsal zəncirlərinin pozulmasına və sosial gərginliyin artmasına səbəb ola bilər. Bloomberg-in qiymətləndirməsinə görə, qarşıdakı illər Rusiya üçün əmək bazarı baxımından həlledici mərhələ olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR