Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Nazirlər Kabinetinin iclasını keçirəcək.
Musavat.com xəbər verir ki, bu barədə "AHaber" telekanalı məlumat yayıb.
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclasında əsas müzakirə mövzusu Rusiya və Ukrayna münaqişəsi çərçivəsində Qara dənizdə baş verən son hadisələr olacaq. Nazirlər Kabineti Qara dənizdəki gərginliyin Türkiyənin təhlükəsizliyinə və regional sabitliyə təsiri ilə bağlı proqnozu müzakirə edəcək. Bundan sonra Ərdoğanın çıxışı gözlənilir", - telekanal xəbər verir.
Bundan əlavə, Nazirlər Kabineti PKK-nın tərksilah edilməsi, Türkiyə parlamenti üzvlərinin Abdulla Öcalanla görüşünün nəticələrini, Qəzza zolağında atəşkəs rejimini müzakirə edəcək.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi “Kairos” və “Virat” tankerlərinə edilən hücumlardan narahatlığını bildirib və eskalasiyanın qarşısını almaq üçün tədbirlər görür.
Bu barədə nazirliyin sözçüsü Öncü Keçeli “X” sosial media saytında yazıb.
Musavat.com






