İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İran silkələndi

1158 01.02.2026 10:50 Son xəbər A A

İranın cənubunda yerləşən Buşehr əyalətinin Aseluye rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 08:41-də qeydə alınıb.

Zəlzələnin ocağı yerin 18 kilometr dərinliyində yerləşib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik rəsmi açıqlama verilməyib.

Bölgədə vəziyyətin nəzarət altında olduğu bildirilir, aidiyyəti qurumlar mümkün fəsadları araşdırır.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR