İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: qaz nəhənginin yerləşdiyi bölgədə partlayış baş verdi FOTO

1248 22.06.2026 00:33 Dünya A A

Qətarın Ras Laffan sənaye zonasında yerləşən müəssisələrdən birində partlayış baş verib. Musavat.com xəbər verir ki, hadisə ölkənin ən böyük enerji mərkəzlərindən birində qeydə alınıb.

Qətarın Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, partlayışdan sonra ərazidə yanğın başlayıb. Hadisə yerinə mülki müdafiə və digər fövqəladə xidmət əməkdaşları cəlb olunub.

Hazırda yanğının söndürülməsi və vəziyyətin tam nəzarətə götürülməsi istiqamətində işlər aparılır. Hələlik partlayışın səbəbi, eləcə də ölən və ya yaralananların olub-olmaması barədə rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, Ras Laffan Qətarın mayeləşdirilmiş təbii qaz (LNG) sənayesinin əsas mərkəzi hesab olunur. Burada ölkənin ən iri enerji və qaz emalı infrastrukturları yerləşir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR