İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Sarı və narıncı XƏBƏRDARLIQ EDİLDİ

867 26.04.2026 15:13 Ölkə A A

Aprelin 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.

Musavat.com xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Qazax, Ağstafa, Şəmkir, Tovuz, Naftalan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Qobustan, Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Samux, Gəncə, Gədəbəy, Göygöl, Zəngilan, Yevlax, Lerik, Yardımlı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Quba, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Salyan, Hacıqabul, Neftçalada sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR