İnsanlara hürriyət, millətlərə istiqlal!

Sorğu: Rusların çoxu 2025-ci ili ağır il kimi dəyərləndirir

269 25.12.2025 20:20 Dünya A A

Ukrayna ilə uzanan müharibə və onun iqtisadi nəticələri Rusiyada cəmiyyətdə uzunmüddətli “ağır dövr” hissini formalaşdırır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ümumrusiya İctimai Rəy araşdırmaları Mərkəzinin (VTsIOM) keçirdiyi sorğuya əsasən, vətəndaşların 64 faizi 2025-ci ili ölkə üçün mənfi qiymətləndirib. Respondentlərin 49 faizi ili “daha çox çətin”, 15 faizi isə “pis və ya çox ağır” adlandırıb. İli müsbət dəyərləndirənlər 29 faiz təşkil edib, onların da cəmi 5 faizi 2025-ci ili “çox uğurlu” hesab edib. Daha 7 faiz isə cavab verməkdə çətinlik çəkib.

VTsIOM Analitik Mərkəzinin baş direktoru Valeriy Fedorov qeyd edib ki, Rusiyada “ilin daha çox ağır və çətin olması” ilə bağlı qiymətləndirmələr artıq bir neçə ildir üstünlük təşkil edir. Onun sözlərinə görə, ölkə və bütövlükdə dünya uzun müddətdir “turbulentlik zonasında”dir və bu prosesin nə vaxt bitəcəyi görünmür.

Sorğu həmçinin rusiyalıların əhval-ruhiyyəsində pessimizmin üstünlük təşkil etdiyini göstərir. Respondentlərin 48 faizi ən ağır dövrün hələ qarşıda olduğunu düşünür. 16 faiz ölkənin bu mərhələni hazırda yaşadığını, 23 faiz isə ən çətin dövrün artıq geridə qaldığını bildirib. Daha 13 faiz bu suala cavab verməyib.

Araşdırmanı şərh edən “Peterburq Siyasəti” fondunun prezidenti Mikhail Vinoqradov xəbərdarlıq edib ki, 2026-cı ildə insanların məhdudiyyətlərdən yorulması və “normal həyata” qayıdış tələbi ilə, daraldılmış azadlıqlara öyrəşmiş və bunun müvəqqəti olduğunu heç vaxt açıq deməyən hakimiyyət arasında gərginlik yarana bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR