Musavat.com-un əməkdaşı Sosial Tədqiatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədovla əlaqə saxlayıb.
İcraçı direktoru olduğu mərkəzin MEDİA ilə birləşdirilməsi və digər bir sıra dölət qurumlarının ləğvi, həmçinin birləşdirilməsi, yeni qurumlar yaradılmasına münasibətini öyrənib. Sahib Məmmədov qeyd edib ki, bu barədə elə bir ətraflı fikri yoxdur, əvvəllər də bir çox qurumlarla bağlı optimallaşdırma istiqamətində qərarlar olub, yeni qurumlar yaradılıb, qurumlar ayrılıb, sonra birləşdirilib, sonra ləğv edilib, sonra yenidən yaradılıb:
“İdarəetmə işidir, belə addımlar olur. İndi də idarəetmədə təmərküzləmə istiqamətində islahatlar gedir. Bu gün verilən Prezident fərmanları da bu qəbildəndir. Prezidentin imzaladığı fərmandır, mən nə deyə bilərəm ki? Dövlətimiz üçün xeyirli olsun”.
Etibar Seyidağa,
Musavat.com






