İnsanlara hürriyət, millətlərə istiqlal!

Sükan arxasında infarkt keçirib – Tanınmış qiraətçi ilə bağlı AÇIQLAMA

988 17.12.2025 15:38 Son xəbər A A

“Nadir müəllim sükan arxasında olarkən infarkt keçirib və dünyasını dəyişib. Daha sonra aidiyyəti orqanları ora çağırıblar. Səhv etmirəmsə, maşında tək olub”.

Bunu Musavat.com-a açıqlamasında aktyor Nofəl Vəliyev tanınmış bədii qiraətçi, Əməkdar müəllim Nadir Hüseynovun ölümündən danışarkən deyib.

O bildirib ki, buna qədər sənətçi ürəyindən şikayət etməyib:

“İki il bundan öncə müalicə almışdı, amma hər hansısa şikayəti olduğunu eşitməmişdim”.

Qeyd edək ki, tanınmış bədii qiraətçi, Əməkdar müəllim Nadir Hüseynov bu gün vəfat edib.

TƏBİB-dən Musavat.com-a bildirilib ki, bu gün saat 11:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb:

“Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Əməkdar artist Nadir Hüseynovun həkiməqədər ölüm faktı qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan digər şəxs (qadın) travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub”.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR