İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh, enerji, gəlir: Azərbaycanın hədəfləri

577 18.11.2025 16:20 Siyasət A A

“Ermənistan və Azərbaycan arasında iqtisadi əlaqələrin qurulması sülh quruculuğu prosesində önəmli rol oynayır. Sahibkarlıq subyektləri bu baxımdan əhəmiyyət kəsb edir”.

Musavat.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumu çərçivəsində “Enerji təhlükəsizliyi və bağlantılar” adlı sessiyada çıxış edərkən bildirib.

Deputat qeyd edib ki, sülh sazişi imzalandıqdan sonra Cənubi Qafqazda vahid bazar konseptini nəzərdən keçirmək olar: “30 illik münaqişə dövründə regionda ayrı-ayrılıqda Azərbaycan, Ermənistan və Gürcüstanın iqtisadi bazarları var idi. Artıq vahid bazar barədə düşünmək olar. Bu, iqtisadi artıma töhfə verəcək. Sülhün sosial-iqtisadi dividentləri var.

Azərbaycanın regionun enerji təhlükəsizliyinin gücləndirilməsində rolu artır. Azərbaycanın geosiyasi mövqeyi möhkəmlənir. Orta Dəhlizin regional imkanlarının artması Azərbaycanın beynəlxalq yükdaşıma gəlirlərini artırır”, - deyə deputat vurğulayıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR