İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülhə etiraz dili: Zurabyanın ritorikasında köhnə Ermənistan

772 26.12.2025 18:00 Dünya A A

Ermənistanın keçmiş hakim siyasi elitasına bağlı qüvvələr sülh gündəmini yenidən təhlükə və qorxu dili ilə əvəz etməyə çalışır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Milli Konqresinin baş nazir postuna namizədi Levon Zurabyan son açıqlamaları ilə diqqət çəkib.

 Onun çıxışında əsas xətt regional reallıqların qəbulundan deyil, davamlı şəkildə müharibə sonrası vəziyyətin “kapitulyasiya”, “təhlükə” və “assimilyasiya” anlayışları ilə təqdim olunmasından ibarətdir.

Zurabyan Ermənistanın guya “azərbaycanlaşma” təhlükəsi ilə üz-üzə qaldığını iddia edərək, sülh prosesini milli suverenliyə zərbə kimi təqdim edib.

Nəticə etibarilə Zurabyanın açıqlamaları sülh gündəminə alternativ kimi təqdim edilən, lakin əslində müharibə sonrası reallıqların inkarına əsaslanan bir siyasi xətti ifadə edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR