İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sumqayıt Hospital"ın həkimi Elçin Bayramov barəsində polis araşdırma aparır

1407 12.07.2025 12:34 Ölkə A A

“Sumqayıt Hospital”ın lor həkimi Elçin Bayramov barəsində hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.

Musavat.com KONKRET.az-a istinadən xəbər verir ki, həkimin qonşusuna təzyiq göstərməsi və onun əmlakına zərər vurması ilə bağlı polisə şikayət edilib. Hadisənin Quba rayonunun Xucbala kəndində baş verdiyi bildirilir.

Məsələ ilə əlaqədar olaraq Quba Rayon Polis İdarəsi tərəfindən hüquqi qiymət verilməsi üçün araşdırmalara start verilib.

Qeyd edək ki, mediada yayılan ilkin məlumatlara əsasən, zərərçəkmiş şəxs həkimin onun mülkiyyətinə qəsd etdiyini və müxtəlif yollarla psixoloji təzyiqlər göstərdiyini iddia edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR