İnsanlara hürriyət, millətlərə istiqlal!

Suraxanıda qaz təchizatı dayandırılacaq

1237 24.10.2025 16:34 Ölkə A A

Bazar ertəsi Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Musavat.com bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Suraxanı rayonunda orta təzyiqli qaz xəttindən ayrılan, istismarda olmayan borunun ləğv olunması və aşkar olunmuş sızmanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 27-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Hövsan kəndinin, M.Əliyev və Zeytun küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR