İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldonun erası başa çatdı

747 07.07.2026 01:14 İdman A A

DÇ-2026-nın 1/8 final mərhələsi dünya futbolunun ən dramatik qarşılaşmalarından birinə səhnə olub. Portuqaliya və İspaniya milli komandaları arasında keçirilən gərgin Pireney derbisi ispanların minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Musavat.com xəbər verir ki, matç boyunca hər iki komanda hücum futboluna üstünlük versə də, oyunun taleyi son dəqiqələrdə həll olunub. Görüşün 90+1-ci dəqiqəsində səhnəyə çıxan Mikel Merino vurduğu qolla İspaniya millisinə qələbə qazandırıb. Bu turnirdə keçirdiyi 5-ci oyununu da qol buraxmadan tamamlayan İspaniya yığması adını 1/4 final mərhələsinə yazdırıb.

Bu məğlubiyyət Portuqaliya futbolu üçün həm də bir eranın sonu deməkdir. Komandanın 41 yaşlı kapitanı və dünya futbolunun canlı əfsanəsi Kriştianu Ronaldonun dünya çempionatlarındakı çıxışı rəsmən başa çatıb.

İspaniya növbəti mərhələyə yüksələrək çempionluq yürüşünü davam etdirir, Portuqaliya isə turnirlə vidalaşır. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR