İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimlərin vahid geyimi ilə bağlı yeni qaydalar

1594 07.07.2026 11:37 Son xəbər A A

Milli Məclisin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Musavat.com bildirir ki, sənədlə bağlı Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov məlumat verib.

Layihəyə əsasən, təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır. un məlumatına görə, təhsilalanlarla bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişiklik dövlət ümumi təhsil müəssisələrində artıq müəyyən edilmiş geyim tələblərinə riayət olunmasının hüquqi müstəvidə təsbit edilməsini nəzərdə tutur. Beləliklə, qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərin əsas məqsədi dövlət ümumi təhsil müəssisələrində vahid idarəetmə yanaşmasının möhkəmləndirilməsi, təşkilati mədəniyyətin inkişaf etdirilməsi, məktəbdaxili nizam-intizamın daha da gücləndirilməsi, peşəkar iş mühitinin formalaşdırılması və təhsil prosesinin bütün iştirakçıları üçün daha səmərəli şəraitin yaradılmasıdır.

Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR