Suriya Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı ordu birləşmələrinin kürdlərin yaşadığı Həsəkə şəhərindən çıxarılmasının başlandığını elan edib.
Musavat.com xəbər verir ki, komandanlığın yaydığı açıqlamada qoşunların 2 fevraldan bəri Həsəkə və ətraf ərazilərdə tutduqları mövqelərdən geri çəkildiyi və onları Daxili Təhlükəsizlik Qüvvələrinin bölmələrinə təhvil verdiyi qeyd olunur.
Həmçinin bildirilir ki, separatçı Kürd Suriya Demokratik Qüvvələrinin (SDQ) bölmələri eyni vaxtda şəhəri tərk edir və onun xaricindəki bazalarına gedir.
Açıqlamada bu əməliyyatın Suriya hökuməti ilə kürdlər arasında əldə edilən razılaşmaya uyğun olaraq həyata keçirildiyi vurğulanır. Qeyd olunur ki, SDQ "ikitərəfli razılaşmaların həyata keçirilməsinə sadiqdir və müsbət addımlar atır": "Biz vəziyyəti izləyirik və gələcək tədbirləri müəyyən etmək üçün qiymətləndiririk".
Musavat.com






