Musavat.com xəbər verir ki, Suriya prezidenti Əhməd əş-Şaraa bu axşam Dəməşqdə kürd silahlı birləşmələrinin SDF komandanı Mazlum Abdi ilə görüş keçirib.
Məlumata görə, görüş hər hansı razılaşma əldə olunmadan başa çatıb. Bu barədə YPG-nin siyasi qanadının rəhbərliyində təmsil olunan Fuza Yusif açıqlama verib. Onun sözlərinə görə, danışıqlar əsasən atəşkəs və inteqrasiya məsələlərinə həsr olunsa da, Suriya prezidenti SDF qarşısında şərtsiz və tam kapitulyasiya tələbi irəli sürüb.
Fuza Yusifin açıqlamasını İraq Kürdüstanı hökumətinə yaxınlığı ilə tanınan "Rudaw" telekanalı yayıb. Bildirilir ki, məhz bu tələbə görə görüş nəticəsiz yekunlaşıb.
Musavat.com






