“Survivor”dan çıxarılan Barış Murat Yağcı məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində hava limanında saxlanılıb.
Musavat.com bildirir ki, Yağcı bu gün Türkiyəyə qayıtdıqdan sonra hava limanında saxlanılıb.
O, İstanbul Vilayət Jandarma Komandanlığına təhvil verilib.
Ötən gün İstanbul Baş Prokurorluğu tərəfindən "narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və qaçaqmalçılığı", "narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsinə kömək etmək" və "istifadə üçün narkotik və ya stimullaşdırıcı maddələrin alınması, qəbul edilməsi və ya saxlanması, yaxud narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə" cinayətləri ilə bağlı aparılan istintaq çərçivəsində 11 şübhəli sərbəst buraxılıb.
Könül
Musavat.com






