Ukraynanın Rusiya ərazisindəki neft və yanacaq mənbələrinə zərbələri intensivləşib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən gecə Ukrayna dronları Tambov bölgəsindəki neft anbarına uğurlu zərbə endirməyə nail olub.
Tambov bölgəsinin qubernatoru Yevgeni Pervışovun Telegram kanalında yaydığı məlumata görə, dron zərbəsi nəticəsində bölgədəki neft anbarında yanğın başlayıb. Qubernator yanğının söndürülməsi üçün işlər görüldüyünü qeyd edib.
Musavat.com






