ABŞ-nin İraqdakı səfirliyində təxliyə təlimi keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə "Al-Hadath" telekanalı məlumat yayıb.
Məlumata görə, Bağdaddakı ABŞ səfirliyi fövqəladə hallar zamanı diplomatik missiya heyətinin davranış qaydalarını yoxlamaq məqsədilə təlim təşkil edib.
Təlim çərçivəsində əməkdaşların fövqəladə vəziyyətlərdə hərəkət planı və səfirlik ərazisindən təxliyə prosedurları praktiki olaraq sınaqdan keçirilib.
İraqın təhlükəsizlik xidmətlərindəki mənbələr bildiriblər ki, son 24 saat ərzində “çox sayda amerikalı” ölkəni tərk edib. ABŞ vətəndaşlarının əksəriyyətinin Bağdadı paytaxtın beynəlxalq hava limanı vasitəsilə tərk etdiyi qeyd olunur.
Musavat.com






