İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan gözlənilməz ADDIM - İstanbul yox, Oman...

1155 03.02.2026 23:14 Dünya A A

İran ABŞ ilə danışıqların İstanbuldan Omana köçürülməsini tələb edib.

Musavat.com xəbər verir ki, “Axios” nəşrinin jurnalisti Barak Ravidin məlumatına görə, İran rəsmiləri son günlər əldə olunan razılaşmalardan geri çəkilərək danışıqların yerinin dəyişdirilməsini istəyiblər.

Ravid bildirib ki, İran tərəfi razılaşdırılmış formatdan imtina etməyə qərar verib. Mənbələrə görə, Tehran indi danışıqların İstanbuldan Omana köçürülməsini tələb etməklə yanaşı, formatı dəyişmək və danışıqları ABŞ və İran arasında ikitərəfli müzakirələr şəklində keçirmək istəyir. Tehran artıq ərəb və müsəlman ölkələrinin müşahidəçi kimi iştirakını istəmir.

Ehtimallara görə, Tehran bu yolla danışıqları beynəlxalq nəzarətdən çıxarmaq və prosesi daha qapalı formatda idarə etmək niyyəti güdür.

 

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR