"Tək istədiyimiz Qrenlandiyadır. Tam hüquq, mülkiyyət və sahiblik. Çünki onu müdafiə etmək üçün sahib olmalısınız".
Musavat.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda deyib. O sözlərinə belə davam edib:
"İcarə müqaviləsi ilə müdafiə edə bilməzsiniz. Birincisi, hüquqi baxımdan bu yolla müdafiə mümkün deyil — heç bir formada. İkincisi isə psixoloji tərəfi var: lisenziya razılaşmasını kim müdafiə etmək istəyər?
Kanada ABŞ sayəsində mövcudluğunu qoruyur. Növbəti dəfə açıqlama verəndə bunu unutma, Mark. Biz bir buz parçası istəyirik. Seçim sizindir… “Bəli” desəniz, minnətdar olarıq, “xeyr” desəniz, bunu unutmarıq".
Könül, Musavat.com






