İnsanlara hürriyət, millətlərə istiqlal!

Tibb tarixində inqilab: dünyada ilk...

1996 06.02.2026 02:37 Dünya A A

İspaniyada tibb tarixində misli görünməmiş bir əməliyyat baş tutub.

Musavat.com xəbər verir ki, Barselonada yerləşən Vall d’Hebron Universitet Xəstəxanası dünyada ilk dəfə olaraq evtanaziya yolu ilə həyatına son verən donordan qismən üz transplantasiyası əməliyyatını uğurla icra edib.

Məlumata görə, donor ölümündən əvvəl öz istəyi ilə bir neçə xəstəyə orqan və toxumalarını bağışlayıb. Üz transplantasiyası edilən qadın isə ağır bakterial infeksiya nəticəsində üz toxumalarının nekrozu ilə üzləşmişdi.

Əməliyyat 100-dən çox tibb işçisinin iştirakı ilə aparılıb və uğurla nəticələnib. Pasiyent təxminən bir ay xəstəxanada nəzarət altında saxlanılıb. Həkimlər onun gözlərini və üzün dairəvi əzələlərini bərpa ediblər. Bildirilir ki, bu strukturlar adi plastik cərrahiyyə üsulları ilə yenidən qurula bilmir.

Qeyd olunur ki, belə transplantasiyanın mümkün olması üçün donor və resipiyentin eyni cinsdən olması, qan qruplarının uyğun gəlməsi, eləcə də başın antropometrik göstəricilərinin oxşarlığı əsas şərtlər sırasındadır. Bundan əlavə, əməliyyatdan öncə pasiyentin psixoloji durumu da xüsusi qiymətləndirmədən keçirilir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR