İnsanlara hürriyət, millətlərə istiqlal!

Bloger Arzum: "Bu işdə günahım varsa, yaşadığımı 4 balam yaşasın" - VİDEO

1467 16.06.2026 15:07 Şou-biznes A A

Aylar əvvəl ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı adı hallanan bloger Arzumun açıqlamaları diqqət çəkib.

Sosial media fenomeni məsələ ilə bağlı səsləndirdiyi fikirlərlə yenidən gündəmə gəlib. O, hadisədə hər hansı günahının olmadığını iddia edərək öz mövqeyini ifadə edib.

Arzum bildirib ki, əgər baş verən hadisədə onun hər hansı məsuliyyəti varsa, bunun ən ağır şəkildə özünə qayıtmasını qəbul edir. O, həmçinin insanların daha vicdanlı və mərhəmətli olmasını arzuladığını qeyd edib.

Bloger məhkəmə prosesindən yayılan görüntülərin ictimaiyyətə təqdim olunduğunu xatırladaraq, qarşı tərəfin ona qarşı sərgilədiyi münasibətin səbəbini anlamadığını deyib. O, hadisənin baş verməsində özünün günahkar olmadığını bir daha vurğulayıb:

"Əgər bu işdə günahım varsa, yaşadığımı 4 balam yaşasın... Allah hər kəsin ürəyinə vicdan və mərhəmət versin. Məhkəməmizdən olan kadrları gördünüz. Qarşı tərəfin mənə qıcıqlı olmasını bilmirəm. Vəsaitimiz qəbul olmayanda da sevindilər. O qəzada mənlik heç bir şey yoxdur".

Səsləndirilən fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər məsələ ilə bağlı fərqli mövqelər ortaya qoyaraq müzakirələrə qoşulublar./milli.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR