İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Britaniyanı ABŞ-ın nüvə meydançasına çevirmək istəyir-SENSASİYA

597 22.12.2025 15:33 Dünya A A

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyada ABŞ-a məxsus nüvə silahlarının yerləşdirilməsi imkanını nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, söhbət Kral Hərbi Hava Qüvvələrinə məxsus hərbi bazalardan birində nüvə silahları üçün xüsusi infrastrukturun yaradılmasından gedir. Layihənin dəyəri təxminən 264 milyon dollar olaraq qiymətləndirilir. Plan çərçivəsində mühafizəli obyektlərin inşası və 200-dən çox ABŞ hərbçisinin Britaniyaya yerləşdirilməsi nəzərdə tutulur.

Pentaqon sənədlərinə istinadən bildirilir ki, layihənin reallaşdırılması yalnız bir neçə ildən sonra mümkün ola bilər və bunun üçün həm texniki, həm də siyasi hazırlıq tələb olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR