ABŞ-də keçmiş yüksək vəzifəli diplomatın səsləndirdiyi fikir siyasi dairələrdə müzakirə mövzusuna çevrilib.
Musavat.com xəbər verir ki, ABŞ prezidentinin keçmiş xüsusi nümayəndəsi Keyt Kelloq Donald Tramp barədə diqqətçəkən açıqlama ilə çıxış edib.
Onun sözlərinə görə, Donald Tramp beynəlxalq siyasətdə digər liderlər arasında dominant mövqe nümayiş etdirən fiqurlardan biridir və bu baxımdan onu “alfa erkək” kimi xarakterizə etmək olar.
Kelloq bildirib ki, Trampın siyasi üslubu daha çox sərt ritorika, təzyiq vasitələrindən istifadə və rəqiblər üzərində psixoloji üstünlük qurmağa yönəlib. Onun fikrincə, bu yanaşma bəzi hallarda ABŞ-nin maraqlarını irəli aparmaq baxımından effektiv nəticələr verib.
Musavat.com






