İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp–Netanyahu gizli razılaşması? İrana qarşı yeni zərbələr masada

488 31.12.2025 20:53 Gündəm A A

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla Floridada – Mar-a-Laqoda keçirilən görüşdə İrana qarşı mümkün yeni hərbi zərbələr məsələsini gündəmə gətirib.

Musavat.com xəbər verir ki, Axios-un amerikalı mənbələrə istinadən yaydığı məlumata görə, tərəflər İrana qarşı aparılmış 12 günlük hərbi əməliyyatı “uğurlu” qiymətləndiriblər.

Məlumata əsasən, Netanyahu Tehranın hərbi və nüvə imkanlarını yenidən bərpa etməsinin qarşısını almaq üçün əlavə zərbələrin lazım ola biləcəyini bildirib. Donald Tramp isə mətbuat konfransında bəyan edib ki, İran nüvə proqramını yenidən bərpa etməyə cəhd edərsə, ABŞ bu infrastrukturu yenidən məhv edəcək.

Eyni zamanda Tramp vurğulayıb ki, Vaşinqton üçün üstünlük verilən variant Tehranla razılaşmanın əldə olunmasıdır. Mənbələr bildirir ki, ABŞ prezidenti İranın real və yoxlanıla bilən addımlar atacağı təqdirdə İsrailin yeni zərbələrinə dəstək verə bilər, lakin əsas çətinlik “bərpa” anlayışının konkret olaraq nə demək olduğunun razılaşdırılması olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR