İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp və Modi razılaşdı: rüsumlar enir, 500 milyardlıq...

851 02.02.2026 21:48 Dünya A A

ABŞ ilə Hindistan arasında ticarət və enerji sahəsində böyük razılaşma əldə olunduğu bildirilir. Razılaşmaya əsasən, ABŞ qarşılıqlı rüsumları 25 faizdən 18 faizə endirəcək.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth Social hesabında yazıb.

Trampın paylaşımında qeyd olunub ki, o, Narendra Modi ilə telefon danışığı aparıb və müzakirələr zamanı ticarətlə yanaşı, Rusiya–Ukrayna müharibəsinin dayandırılması mövzusu da gündəmdə olub.

Paylaşımda iddia edilir ki, Hindistan bundan sonra Rusiyadan neft almayacaq və daha çox nefti ABŞ-dan, mümkün variant kimi isə Venesueladan alacaq.

Tramp həmçinin bildirib ki, Modi ilə razılaşmaya əsasən, tərəflər gələcəkdə ABŞ-a qarşı tətbiq olunan tarif və qeyri-tarif maneələrinin “sıfıra” endirilməsi istiqamətində də addımlar atacaqlar.

ABŞ prezidentinin sözlərinə görə, Hindistan ABŞ-dan energetika, texnologiya, kənd təsərrüfatı məhsulları, kömür və digər mallar da daxil olmaqla ümumilikdə 500 milyard dollardan artıq həcmdə alış etməyi öhdəsinə götürüb.

 

Musavat.com

photo_2026-02-02_21-17-26.jpg (96 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR