Donald Trampın hakimiyyətə gəlişindən sonra dünyada siyasi balanslar dəyişməyə başlayıb. Trampın idarəetmə üslubu qlobal münaqişələrə yanaşmada da yeni bir fərq ortaya qoyur, xüsusilə Rusiyaya daha anlayışlı, bəzən isə açıq dəstək verən xətt hiss olunur.
Ehtimal olunur ki, əgər Ukrayna müharibəsi Rusiyanın xeyrinə başa çatsa, Moskva diqqətini növbəti mərhələdə Cənubi Qafqaza yönəldə bilər. Bu isə region üçün yeni siyasi təhlükə riskləri yarada bilər. Hazırda dünyada iki əsas liderin - Donald Tramp və Vladimir Putinin güc balansı və onların qlobal düzəni hansı formada yenidən qurmaq istədikləri geniş müzakirə mövzusuna çevrilib.
Bəs Azərbaycan üçün hansı lider daha yaxındır - Tramp, yoxsa Putin? Hansı xüsusiyyətlərinə görə? Kimdən Azərbaycana daha çox təhlükə, kimdən isə daha çox xeyir gələ bilər?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com






