ABŞ prezidenti Donald Tramp Qrenlandiya vətəndaşlarının ABŞ-a qoşulmaq üçün səs verəcəyi təqdirdə hər birinə 1 milyon dollar ödəmək təklifini nəzərdən keçirir.
Musavat.сom xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Məqalədə bildirilir ki, Tramp Qrenlandiyanın 57000 sakininin hər birinə 1 milyon dollarlıq ödənişi adanın ilhaq edilməsi üçün vasitələrdən biri kimi görür.
Xatırladaq ki, Tramp dünən Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda çıxış edərkən bildirib ki, ABŞ Qrenlandiyaya nəzarət üçün hərbi gücdən istifadə etməyəcək.
Buna baxmayaraq, Danimarka xarici işlər naziri Lars Lokke Rasmussen ABŞ-la Qrenlandiyanın satışına dair danışıqlar imkanını rədd edib və əlavə edib ki, danimarkalılar Qrenlandiyanın ABŞ-a verilməsini qətiyyətlə rədd edirlər.
Daha sonra "The Telegraph" xəbər verib ki, ABŞ-ın Qrenlandiya ilə bağlı planı ada ilə birbaşa alış-satışı nəzərdə tutmur. Plan ABŞ-a adadakı ayrı-ayrı hərbi bazalarda suveren nəzarət imkanı verir. Bu, Britaniyanın Kiprdəki bazaları modelinə bənzəyir. Beləliklə, ABŞ hərbi və kəşfiyyat əməliyyatları həyata keçirə və regionun inkişafında iştirak edə bilər, lakin ada hələ də Danimarkanın suverenliyi altında qalacaq.
Musavat.com






