ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların gedişi ilə bağlı yeni açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Tramp əməliyyatların planlaşdırılandan daha sürətli icra olunduğunu və prosesin “qrafikdən qabaqda” getdiyini bildirib.
Ağ Ev rəhbərinin sözlərinə görə, Vaşinqton bütün mərhələləri nəzarətdə saxlayır və qarşıya qoyulan hədəflər ardıcıl şəkildə icra olunur. O, əməliyyatların tempindən məmnun olduğunu gizlətməyib.
Tramp enerji bazarları ilə bağlı narahatlıqlara da münasibət bildirib. Prezident qeyd edib ki, Yaxın Şərqdə artan gərginliyə baxmayaraq, neftin qiymətinin yüksəlməsi onu narahat etmir və ABŞ vəziyyəti idarə edə bilir.
Eyni zamanda, o, diplomatik kanalların açıq qaldığını vurğulayıb. Trampın sözlərinə görə, İran tərəfi danışıqlara maraq göstərib və ABŞ buna razılıq verib. Beləliklə, həm hərbi, həm də diplomatik istiqamətdə paralel proseslərin davam etdiyi mesajı verilib.
Musavat.com






