İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan yeni Hörmüz açıqlaması

1144 03.04.2026 20:23 Dünya A A

ABŞ prezidenti Donald Tramp cümə günü bildirib ki, Birləşmiş Ştatlar Hörmüz boğazını yenidən aça və neft axınlarını ələ keçirə bilər. Musavat.com-un məlumatına görə, ABŞ lideri bu barəda sosial media hesabında yazıb.

“Bir az daha vaxtla biz asanlıqla Hörmüz boğazını aça, nefti götürə və böyük qazanc əldə edə bilərik” - deyə o qeyd edib.

Bir müddət əvvəl Tramp Hörmüz boğazı barədə “Düşünürəm ki, o özü açılacaq. Mənim mövqeyim belədir ki, mən bu ölkəni darmadağın etmişəm. Onların artıq gücü qalmayıb, qoy bu boğazdan istifadə edən ölkələr gedib onu özləri açsın”-demişdi. Daha sonra isə Hörmüzün Avropaya və digər ölkələrə lazım olduğunu, onları hərəkətə keçməyə çağırmışdı. Hətta İranla birgə nəzarət variantı da müzakirəyə çıxarılmışdı. Son açıqlama isə Ağ Evin Hörmüzlə bağlı fərqli planının olmasından xəbər verir.

Hələlik Tehrandan Trampın son açıqlamasına reaksiya yoxdur.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR