İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampdan yeni plan: Yaxın Şərq xərclərini ərəb ölkələri ödəsin

1097 31.03.2026 03:04 Dünya A A

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə artan gərginlik fonunda diqqətçəkən maliyyə təşəbbüsü ilə çıxış edib.

Musavat.com xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolayn Livitt Trampın ərəb ölkələrini İranla bağlı mümkün hərbi əməliyyatların xərclərinin ödənilməsinə cəlb etmək istədiyini açıqlayıb. Onun sözlərinə görə, bu yanaşma Vaşinqtonun bölgədə yükü təkbaşına daşımaq istəmədiyini göstərir.

Ağ Ev sözçüsü eyni zamanda bildirib ki, ABŞ İranın Hörmüz boğazı üzərindən gəmi keçidinə məhdudiyyət qoymaq planlarını dəstəkləmir. Vaşinqton yaxın günlərdə onlarla neft tankerinin bu strateji marşrutdan keçəcəyini gözləyir və vəziyyəti yaxından izləyir.

Bununla yanaşı, Kuba istiqamətində yanacaq daşıyan tankerlərlə bağlı qərarların hər bir hal üzrə ayrıca qiymətləndiriləcəyi bildirilib. ABŞ-nin sanksiya siyasətində isə hər hansı dəyişiklik olmadığı vurğulanıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR