İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın 1 il öncə içdiyi AND – Dünya hardan hara gəldi?

611 19.01.2026 15:07 Dünya A A

Yanvarın 20-də ABŞ prezidenti Donald Trampın andiçməsinin 1 ili tamamlanacaq. Bu müddət dünya üçün bir sıra hadisələrlə tarixə keçdi. Ağ Ev sahibi ikinci dəfə kresloya əyləşəndə ən böyük vədini vermişdi, Rusiya-Ukrayna savaşını 2-3 aya bitirəcəyini demişdi. Amma 1 il keçdi, XXI əsrin ən böyük müharibəsi davam edir, hətta Tramp Ukrayna tərəfini kapitulyasiya masasına oturtmaq cəhdləri edir…

Bu bir il dünya və bölgəmiz, qlobal iqtisadiyyat üçün əsas nə ilə yadda qaldı? Konkret olaraq, Azərbaycan üçün Trampın hakimiyyətinin ilk ilini düşərli saymaq olarmı? Trampın yaxşı işləri “neqativləri” üstələyirmi? Gözləntilər nədir və s suallarla ekspertlərə müraciət etdik.

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a deyib ki, ilk növbədə Tramp neftin qiymətini aşağı salmağı bacardı:

“Venesuela neftini də ölkəsi üçün qazandıra bildi. Çin iqtisadiyyatının qlobal şaxələnməsinə bir sıra maneələr yaratdı. Hətta Çindən ABŞ-a ixrac olunan məhsullara vergi və rüsumlar tətbiq etdi. Eyni zamanda, Tramp Zəngəzur dəhlizinin açılması və Ermənistanla Azərbaycan arasında sülh sazişinin təminatı üçün TRİPP layihəsinə imza atdı. Ötən ilin 8 avqustunda Azərbaycan və Ermənistan rəhbərlərini qəbul edərək Zəngəzur dəhlizinin açılmasına “yaşıl işıq” yandırdı. Beləliklə, Tramp bizim regionumuz üçün də əsas qığılcım sayıla biləcək barıt çəlləyini mühafizəsinə aldı. Trampın hər iki hakimiyyət dövrü Azərbaycan üçün uğurlu olub. Onun birinci hakimiyyəti dönəmində Azərbaycan Qarabağ məsələsini həll etdi”.

Yalanın ömrü 40 gün çəkir - » Onews.az

S.Əliyeva bildirib ki, 44 gün ərzində Azərbaycanın uğurlu hərbi əməliyyatlarına Vaşinqton səssiz qaldı:

“Trampın ikinci hakimiyyəti dönəmində isə Zəngəzur dəhlizinin ilk fazası - sülh sazişinin paraflanması həyata keçirildi. Daha sonra Tramp administrasiyası bədnam 907-ci düzəlişin icrasını dayandırdı. Hazırda həmin düzəlişin tamamilə ləğvi üçün diplomatik danışıqlar həyata keçirilir. Dünya üçün fərqli ola bilər, amma bizim üçün Trampın müsbət addımları daha çoxdur”.

İqtisadçı-ekspert Günay Hüseynova isə qeyd edib ki, Trampın ikinci dəfə prezident seçilməsindən sonra dollar %3-dək zəifləyib:

“Amerika iqtisadiyyatı üçün müsbət hal qəbul edilsə də, İnkişaf Etməkdə Olan Ölkələr (İEOÖ) üçün iqtisadi cəhətdən riskli vəziyyətdir. 1 il ərzində dünya və region üçün qlobal iqtisadiyyatda vəziyyət gərgin keçdi.Trampın nə qədər dünya üçün ədalət fikirləri, səslənişləri olsa da, bir o qədər də iqtisadi cəhətdən riskli vəziyyət yarandı. Çin ilə iqtisadi müharibələr, Rusiya ilə iqtisadi sanksiyalar, İrana göndərilən notalar, embarqolar, eyni zamanda, Avropa birliyinin Rusiya ilə ticari tərəfdaşlıqdan geri çəkilməsi və s proseslər qlobal iqtisadiyyatda infilyasiyanı sürətləndirdi. Böhranın bir addımlığından geridönüş oldu. Bir sıra ölkələr ölkə iqtisadiyyatını qorumaq məqsədi ilə alternativ bazarlara yönəldi. Azərbaycan üçün düşərli oldumu sualına gəldikdə isə, bütün bu sadalananlara rəğmən Azərbaycan iqtisadiyyatı üçün düşərli oldu deyə bilərik. Ən azından valyuta ehtiyatlarımız kifayət qədər artdı, həmin ölkələrin axtardığı alternativ bazar Azərbaycan oldu.

Başqa sözlə desək, Azərbaycan Avropanın təhlükəsiz enerji təchizatı baxımından etibarlı tərəfdaşına çevrildi. Valyuta ehtiyatlarımız artdı, manatın sabitliyi qorundu, növbəti ilin dövlət büdcəsində xərclərə daha çox ayrılmalar olacaq. Sosial iqtisadi şəraitin, infrastruktur və müavinət, xərclər üçün ayrılan vəsait bu gəlirlər hesabına olacaq. Hətta Cənab Prezident də çıxışında valyuta gəlirlərinin olduqca artdığı, devalvasiya riskinin olmadığını açıqladı”.

Vaxt var idi kiloqramla alınırdı, indi isə mağazalarda qramla satılır" - Günay  Hüseynova

Ekspertə görə, Azərbaycan iqtisadiyyatı üçün real təhlükə gözlənilmir:

“Tramp açıqlamasında neft qiymətlərini 53$ görmək istədiyini qeyd etmişdi. Növbəti il üçün büdcə planı hazırlanarkən 55-60$ üzərindən hesablanır. 55 dən 53 dollara düşmə real təhlükə yaratmır. Lakin 53$-ın altına enməsi və uzunmüddətli bu şəkildə davam etməsi halında devalvasiya qaçılmazdır”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR