İnsanlara hürriyət, millətlərə istiqlal!

Tsarukyanın malikanəsində keçirilən əməliyyatın görüntüləri, yerdə sürüdülər - Video

1639 07.07.2026 23:02 Dünya A A

Müxalif siyasətçi və iş adamı Qaqik Tsarukyanın həbsindən dərhal sonra onun malikanəsində keçirilən xüsusi əməliyyatın görüntüləri yayılıb.

Musavat.com xəbər verir ki, Ermənistanın İstintaq Komitəsi məhkəmənin Qaqik Tsarukyan barəsində 2 aylıq həbs qərarı çıxarması ilə eyni anda onun malikanəsində keçirilən xüsusi əməliyyatın videosunu yayıb.

Kadrlarda 7-8 təhlükəsizlik əməkdaşının Tsarukyanı yerə yıxaraq saxladığı görünür. 

İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin qərarı ilə "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan 2 ay müddətinə həbs edilib.

İstintaqın məlumatına görə, Tsarukyan və cinayət işi üzrə daha bir şəxs 2022–2024-cü illərdə Ermənistan–İran Ticarət Palatasının fəaliyyəti ilə bağlı 21 milyon dollar məbləğində dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunurlar.

Bundan başqa, Tsarukyana qarşı irəli sürülən digər ittihama əsasən, o, başqa bir şəxslə birlikdə İran vətəndaşına yanacaq tədarükü ilə bağlı sövdələşmə çərçivəsində 934 min dollar məbləğində dələduzluq yolu ilə vəsaitin mənimsənilməsini təşkil etməkdə təqsirləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR