İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk məşhur kirayə yaşadığı evdən ÇIXARILDI

597 09.05.2026 17:05 Şou-biznes A A

 

"Afrodita" ləqəbi ilə tanınan türkiyəli aktrisa Banu Alkan yaşadığı mənzillə bağlı məhkəmə çəkişməsi ilə gündəmə gəlib.

Alkan bacısı Neziha Pekduyarın adına kirayəyə götürülən evdə yaşayırmış.

İddialara əsasən, mənzilin kommunal ödənişləri vaxtında edilmədiyi üçün ev sahibi hüquqi addım atıb.

Məlumata görə, ev sahibi əvvəlcə notarius vasitəsilə xəbərdarlıq göndərib. Problem həll olunmadıqda isə kirayə müqaviləsinin pozulduğunu əsas gətirərək, məhkəməyə müraciət edib və mənzilin boşaldılmasını tələb edib.

Məhkəmə prosesi davam etdiyi müddətdə Banu Alkan evi boşaldaraq, açarları ev sahibinə təhvil verib.

Bunun ardından məhkəmə mənzilin artıq təhvil verildiyini nəzərə alaraq, əlavə qərar çıxarılmasına ehtiyac olmadığını bildirib. Eyni zamanda, məhkəmə xərclərinin Banu Alkan tərəfindən ödənilməsinə qərar verilib./qafqazinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR