İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkəsilli siyasətçi Almaniyanın ilk baş naziri olacaq

865 01.05.2026 14:15 Ölkə A A

Almaniyanın "Yaşıllar" Partiyası ilə Kansler Fridrix Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (CDU) həftələrlə davam edən gərgin danışıqlardan sonra ölkənin cənub-qərbində yerləşən Baden-Vürtemberq federal torpağında koalisiya müqaviləsi imzalayıblar.

Musavat.com xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.

Danışıqların əsas iştirakçıları - "Yaşıllar"dan Cem Özdəmir və CDU-dan Manuel Hagel hər iki tərəfin ciddi səylər göstərdiyini qeyd edərək, əldə olunmuş nəticəni "islahatçı koalisiya" kimi xarakterizə ediblər.

Bu razılaşma nəticəsində Cem Özdəmir Almaniyanın federal torpaqları tarixində baş nazir postunu tutan ilk türkəsilli siyasətçi olacaq. O, bu vəzifədə əvvəlki baş nazir Vinfrid Kreçmannı əvəz edəcək. Koalisiya müqaviləsinin gələn həftə rəsmən təqdim edilməsi, mayın 13-də isə C.Özdəmirin baş nazir seçilməsi planlaşdırılır.

Artıq koalisiya tərəfdaşları nazirliklərin bölgüsü ilə bağlı da yekun qərarı veriblər.

Qeyd edək ki, 2016-cı ildən bəri Baden-Vürtemberqdə birgə hökumət quran hər iki partiya 8 mart seçkilərində regional parlamentdə 56 yer qazanıb. "Yaşıllar"ın seçkilərdə minimal üstünlüklə qalib gəlməsi danışıqlar prosesini mürəkkəbləşdirsə də, tərəflər ortaq məxrəcə gələ biliblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR