İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Diyanətinin rəhbəri: Şuşada tarixi qərarlar qəbul olundu

454 30.06.2026 14:41 Son xəbər A A

“Bu gün qədim şəhərimiz Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşündə iştirak etdik. Burada olmaqdan son dərəcə xoşbəxt olduq”.

Musavat.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşündə Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş jurnalistlərə açıqlmasında deyib.

O qeyd edib ki, müzakirələr zamanı dini xidmətlər və dini təhsil sahəsində mühüm qərarlar qəbul olundu:

“Cəmiyyətlərimizdə dinin sosial həyatda rolu ilə bağlı vacib müzakirələr apardıq. Dini biliklərin öyrədilməsi və ötürülməsi istiqamətində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəldik”.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR