“Türkiyə hər zaman Azərbaycanın yanındadır, məhz bu, Şuşa Bəyannaməsinin əsas prinsiplərindən biridir”.
Musavat.com qeyd edir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda Prezident İlham Əliyevlə görüşündə deyib. İlham Əliyev də öz növbəsində Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu deyib. Görüşdə Azərbaycanla Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərlərin münasibətlərin daha da genişlənməsi işinə töhfə verdiyi bildirilib.
Yaxın Şərqdə eskalasiyaların olduğu və regionumuzda kövrək sabitliyin hökm sürdüyü bir vaxtda Türkiyənin vitse-prezidentinin Şuşa Bəyannaməsini yada salması təsadüfi sayıla bilməz. Bu sənəd tərəflərdən birinə hərbi təcavüz olduğu halda müttəfiq dövlətin onun köməyinə gəlməsini ehtiva edir. İran müharibə başlayandan Azərbaycana dron, Türkiyəyə ballistik raketlər buraxıb. Bu da müharibənin sərhədləri aşması və regional gərginliyə səbəb olma riski yaradır.
Bu baxımdan, vitse-prezidentin bəyannaməni vurğulaması bir mesaj sayıla bilərmi? Azərbaycan - Türkiyə müttəfiqliyi üçün hər hansı risklər, təhdidlər varmı? Türkiyənin MHP lideri Dövlət Baxçalı İrandakı müharibə ilə bağlı danışıb. Onun sözlərinə görə, Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun siyasətini izləyərək bölgəni təhlükəli istiqamətə sürükləyir. MHP lideri bildirib ki, mövcud şəraitdə keçmiş fikir ayrılıqlarını kənara qoyaraq İran xalqının yanında olmaq və “sionist təcavüzünə” qarşı çıxmaq vacibdir.
Gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız ATLAS Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:






