İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə LGBT kruiz gəmisini limanlarına buraxmadı – marşrut dəyişdirildi

648 03.07.2026 13:46 Dünya A A

Türkiyə hakimiyyəti LGBT icmasına yönəlmiş beynəlxalq kruiz gəmisinin ölkə limanlarına girişinə icazə verməyib. Nəticədə gəminin əvvəlcədən planlaşdırılan Kuşadası və İstanbul dayanacaqları marşrutdan çıxarılıb.

Musavat.com xəbər verir ki, CNN-in yaydığı məlumata görə, “Afina – Venesiya” marşrutu üzrə hərəkət edən və əsasən qeyri-ənənəvi cinsi oriyentasiyaya malik turistlər üçün təşkil olunan kruiz 7 iyulda Kuşadası limanına yan almalı, daha sonra isə İstanbula yollanmalı idi. Lakin Türkiyə hakimiyyəti bu dayanacaqları ləğv edib.

Məlumata əsasən, qərarın səbəbi kimi gəminin “cəmiyyətin dəyərləri və mənəvi normaları ilə uzlaşmayan davranışları ilə tanınan qruplar” tərəfindən icarəyə götürülməsi göstərilib. Aidiyyəti qurumlar belə tədbirlərin və gəminin limanlara qəbulunun yerli ictimaiyyət arasında narahatlıq yaratdığını bildiriblər.

Kruizi təşkil edən Atlantis Events şirkəti isə marşrutun “nəzarətlərindən kənar səbəblər” üzündən dəyişdirildiyini açıqlayıb. Şirkətin rəhbəri Rich Campbell bunun Atlantis-in 36 illik fəaliyyəti ərzində ilk belə hadisə olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə limanlarının əvəzinə kruiz Misir və Yunanıstandakı alternativ istiqamətlərə yönəldilib.

Məlumata görə, sözügedən kruiz 5–15 iyul tarixlərində Afina və Venesiya arasında həyata keçirilir və proqramda əvvəlcədən Kuşadası ilə İstanbul dayanacaqları nəzərdə tutulmuşdu.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR