İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Parlamentindən PKK ilə bağlı YENİ QƏRAR: 5 avqustdan etibarən...

860 01.08.2025 17:48 Gündəm A A

Türkiyə Böyük Millət Məclisi terror təşkilatı kimi tanınan PKK-nın silahsızlaşdırılması ilə bağlı xüsusi komitənin yaradıldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, parlamentin spikeri Numan Kurtulmuşun sözlərinə görə, komitə 5 avqust tarixindən etibarən fəaliyyətə başlayacaq.

Spikerin sözlərinə əsasən, bu komitə PKK-nın tamamilə silahsızlaşdırılması istiqamətində parlament səviyyəsində konkret addımların atılması üçün əsas platforma olacaq.

Qeyd edək ki, PKK həm Türkiyə, həm də bir sıra beynəlxalq təşkilatlar və ölkələr tərəfindən terror təşkilatı kimi tanınır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR