Türkiyə Dövlət Taxıl Şurası (TMO) 2023-cü ilin fevral ayından bəri ilk dəfə Rusiya buğdasının alışını bərpa edib.
Musavat.com xəbər verir ki, məlumatı Taxıl İxracatçıları və İstehsalçıları Birliyi (USGP) Telegram kanalında treyderlərə göndərilən bildiriş istinadən yayıb.
Şura Rusiya Birləşmiş Taxıl Şirkətindən 300.000 ton buğda alıb. Alış qiyməti açıqlanmayıb.
Bu, 2023-cü ilin fevral ayından bəri Türkiyə dövlətinin Rusiyadan ilk buğda alışıdır. Türkiyənin 2025/26 mövsümündə buğda məhsulu əvvəlki mövsümdəki 19 milyon tondan (2023/24 mövsümündə rekord 21 milyon tondan) 17,9 milyon tona düşüb. Son iki mövsümün yüksək məhsuldarlığı Şuranın alışları daxili istehsalçılardan həyata keçirərək xaricdən buğda almağı dayandırmasına səbəb olmuşdu.
Musavat.com






