İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ - 50 işçi...

780 12.07.2025 23:49 Hadisə A A

Türkiyənin Aydın vilayətində fabrik işçiləri kütləvi zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Musavat.com xəbər verir ki, Türkiyənin Aydın vilayətində yerləşən kağız fabrikində çalışan təxminən 50 nəfər işçi zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib.

DHA agentliyinin məlumatına görə, nahardan sonra işçilərdə qusma və başgicəllənmə halları qeydə alınıb. Ümumilikdə 46 nəfər tibbi yardım üçün xəstəxanaya aparılıb.

Təcili tibbi müdaxilədən sonra bütün işçilərin vəziyyətlərinin yaxşılaşdığı və onların evə buraxıldığı bildirilib.

Hazırda hadisənin səbəbi ilə bağlı araşdırmalar aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR