Dünyaca məşhur aktrisa Şarliz Teron Parisdə yeni layihəsi üçün mətbuat konfransında iştirak edib.
Musavat.com xəbər verir ki, 50 yaşlı ulduz tədbir üçün seçdiyi cəsarətli geyim tərzi ilə bütün diqqətləri üzərinə çəkib.
Açıq mavi mini şort, açıq yaxalı köynək və hündürdaban ayaqqabıdan ibarət kombinasiyası ilə kamera qarşısına çıxan Teron zərif görünüşü və fit bədən quruluşu ilə böyük maraq doğurub.
Aktrisanın qısa sarı saçları və ikonik gün eynəyi də obrazını tamamlayaraq müasir və eleqant görünüşünü ön plana çıxarıb.
50 yaşında olmasına baxmayaraq, gənc görünüşü, özünəinamlı duruşu və dəbli seçimi ilə diqqət çəkən aktrisanın Parisdən yayılan fotoları qısa zamanda sosial şəbəkələrin ən çox paylaşılan görüntüləri sırasında yer alıb.
Musavat.com






