İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə rus qadın və oğlunun itkin düşməsi... – yeni versiya

903 24.11.2025 13:11 Ölkə A A

Türkiyədə oğlu ilə birlikdə yoxa çıxan moskvalı qadın fırıldaqçılığa məruz qalmış ola bilər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 10 yaşlı oğlu ilə birlikdə Türkiyədə yoxa çıxan Moskva sakini təxminən bir ay səfərə hazırlaşıb.

Bildirilir ki, Darya Luçkina sentyabrın ortalarında özü və oğlu üçün İstanbula bilet alıb və övladı da daxil olmaqla bu barədə heç kimə deməyib. Polis aşkar edib ki, o, bu yaxınlarda oğlu üçün pasport alıb. Qadın, demək olar ki, bütün əşyalarını evdə qoyub gedib, yalnız oğlunun kiçik çantasını, özünün və oğlunun şəxsiyyətini təsdiq edən sənədlərin hamısını götürüb.

Rusiya mediasında bu barədə verilən məlumata görə, səfərdən bir müddət əvvəl qadın valideynlərini hərdən ziyarət edir, qalan vaxtını oğlu ilə keçirir və işləyirmiş.

Bildirilir ki, Darya uşağın atasından oğlan iki aylıq olanda boşanıb. Ata oğlu ilə yalnız telefonla əlaqə saxlayırmış.

İtkin düşən qadının qohumları onun guya onu İstanbula dəvət edən fırıldaqçıların təsiri altına düşmüş ola biləcəyindən şübhələnirlər. Yazıda iddia edilir ki, Türkiyə şəhərinin hava limanında ailəni maşında naməlum kişi qarşılayıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR