İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin ərazi sularında kommersiya gəmilərinə hücum yolverilməzdir - Ərdoğan

686 01.12.2025 22:14 Siyasət A A

Türkiyə Qara dənizdə tankerlərə hücumlara dözə bilməz.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu prezidenti Rəcəb Tayib Ərdoğan Qara dənizdə iki tankerdə baş verən yanğınların dron hücumu nəticəsində yarandığına dair məlumatları şərh edərkən deyib. Ərdoğan bildirib ki, "Türkiyə buna dözə bilməz". O, Ankaranın vəziyyətlə bağlı bütün tərəflərə "lazımi xəbərdarlıqlar" göndərdiyini vurğulayıb.

Anadolu Agentliyinin məlumatına görə, Türkiyə lideri bildirib ki, "eksklüziv iqtisadi zonamızda" kommersiya gəmilərinə edilən hücumlar narahatlıq doğuran eskalasiyanı göstərir. O, əlavə edib ki, gəmilərə edilən bu cür hücumlar "naviqasiyanın, insanların və ətraf mühitin təhlükəsizliyini" təhdid edir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu şənbə günü bildirib ki, cümə günü Türkiyənin Qara dəniz sahillərində yanğın baş verən Rusiyanın Novorossiysk limanına gedən iki neft tankeri minaya düşmüş və ya yerüstü dronlar və ya raketlərlə vurulmuş ola bilər.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR