İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistanın Avaza Milli Turizm Zonasında “Azərbaycan Milli Günü” keçiriləcək FOTO

673 03.08.2025 18:23 Mədəniyyət A A

4–8 avqust 2025-ci il tarixlərində Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində “Azərbaycan Milli Günü” keçiriləcək.

Musavat.com xəbər verir ki, tədbirin məqsədi Azərbaycan Respublikasının zəngin mədəni irsini, incəsənət ənənələrini və müasir yaradıcılıq potensialını təqdim etməkdir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nümayəndə heyəti, o cümlədən ölkəmizin tanınmış sənət xadimləri artıq

Türkmənistanın Avaza bölgəsindədirlər və tədbirin yüksək səviyyədə təşkili üçün hazırlıq işlərini davam etdirir.
Proqram çərçivəsində:

* Azərbaycan pavilyonunda milli sənətkarlıq nümunələri, nəşrlər, suvenirlər və tətbiqi sənət əsərləri təqdim olunacaq;
* Açıq hava sərgi zonasında xalçaçılıq, milli geyimlər, kəlağayı, şəbəkə və tikmə sənəti nümayiş etdiriləcək, həmçinin ustad dərsləri keçiriləcək;
* Kulinariya guşəsində milli mətbəximizin ənənəvi ləzzətləri təqdim ediləcək;
* Konsert proqramlarında milli musiqi, rəqslər və müasir səhnə performansları nümayiş olunacaq.
5 avqust tarixində konfransın rəsmi açılışı çərçivəsində beynəlxalq Qala konserti təşkil olunacaq.
6 avqustda isə “Azərbaycan Milli Günü” möhtəşəm musiqi və rəqs proqramı ilə qeyd olunacaq.
8 avqustda səhnəmizin tanınmış sənətkarları, ifaçılarının içtirakı ilə töşkil olunacaq “Azərbaycan Milli Günü” bağlanış Qala konserti ilə yekunlaşacaq.

Azərbaycanın bu tədbirdə iştirakı yalnız mədəniyyət nümayişi deyil, həm də sülh, əməkdaşlıq və mədəni diplomatiyanın inkişafına mühüm töhfə olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR