İnsanlara hürriyət, millətlərə istiqlal!

Tusk: Ukrayna üzrə danışıqların başa çatmasına hələ çox var

445 29.12.2025 17:00 Dünya A A

Polşanın baş naziri Donald Tusk Ukrayna ilə bağlı danışıqların yekun mərhələdən hələ uzaq olduğunu bildirib.

Musavat.com xəbər verir ki, o, bu fikri Avropa ölkələrinin liderləri ilə gecə saatlarında keçirilən danışıqlardan sonra səsləndirib.

Tuskun sözlərinə görə, hazırkı mərhələdə bir məqam aydındır: əgər Rusiya Qərb ölkələrini və Ukraynanı parçalamağa nail olarsa və sülh şərtlərini diktə edərsə, bu qarşıdurmada Qərb və Ukrayna uduzan tərəf olacaq.

Polşa hökumətinin başçısı qeyd edib ki, ABŞ-ın Ukrayna üçün təhlükəsizlik zəmanətlərində iştirak edəcəyini bəyan etməsi müsbət addım və müəyyən uğur kimi qiymətləndirilə bilər. Lakin onun fikrincə, bu, prosesin yekunlaşması anlamına gəlmir.

“Bunu müəyyən irəliləyiş saymaq olar, amma danışıqların başa çatmasına hələ çox var”, – deyə Donald Tusk vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR