Qazaxıstanın Almatı şəhərində ictimai qaydanın qorunması üçün yeni texnologiya tətbiqinə başlanır.
Musavat.com xəbər verir ki, şəhər hakimiyyəti hesab edir ki, havadan patrul aparacaq xüsusi dron-polis sistemi vətəndaşların davranışına birbaşa təsir göstərəcək.
Məlumata görə, pilotsuz aparatların əsas vəzifəsi küçələrdə zibil atanları, xuliqanlıq edənləri və ictimai məkanda qayda pozuntularını avtomatik qeydə almaq olacaq.
Dronlar qayda pozuntusunu videoya çəkəcək və sistem vasitəsilə cərimə protokolu tərtib ediləcək.
Layihənin müəllifləri bildirir ki, məqsəd yalnız cərimə yazmaq deyil, insanları küçə mədəniyyətinə alışdırmaqdır. Rəsmilər ümid edir ki, texnologiya vasitəsilə ictimai yerlərdə nizam-intizam artacaq və vətəndaşlar ətraf mühitə daha məsuliyyətli yanaşacaqlar.
Musavat.com






